Atəş Rüstəmov: Korrupsiya, rüşvətxorluq, dövlət əmlakını talama halları dövlətçiliyə və xalqa xəyanətdir

Atəş Rüstəmov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! - ÖZƏL

Sumqayıt şəhərinin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Qərara əsasən 18 may 2020-ci il saat 00:00-dan etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürüləcək.
Bununla əlaqədar olaraq Sumqayıt şəhərində park və xiyabanlar əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir. Belə ki, sözügedən ərazilərdə təmizlik işləri aparılıb, xüsusi karantin rejimi dövründə götürülən oturacaqlar yerlərinə qaytarılıb və həmçinin, şəhərin bulvar, park və istirahət məkanlarında dezinfeksiya işləri həyata keçirilib.

Sumqayıt şəhərində genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Həftəsonları bu tədbirlər daha da gücləndirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Bu gün həyata keçirilən dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.
Qeyd edək ki, şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət və xidmət obyektlərində, digər sənaye müəssisələrində, yaşayış binalarında və insanların daha çox istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilir. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.

Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmov – Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların fəaliyyətini yüksək dəyərləndirib. Cənab İlham Əliyev çıxışlarında ölkədə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağı, dövlətin, xalqın maraqlarına zidd addım atan məmurların cəzalandırılacağı haqda dəfələrlə sərt xəbərdarlıqlar edib. Prezidentin bu məsələyə dəfələrlə toxunması korrupsiyaya qarşı qəti mövqeyinin ifadəsidir. Lakin ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, bəzi vəzifəli şəxslər öz vəzifələrinə çox məsuliyyətsiz yanaşdıqlarına görə özləri və tabeliklərində olan şəxslər korrupsiya faktları ilə məsuliyyətə cəlb edilib. Xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşa ayrılan dövlət dəstəyinin mənimsənilməsi qəbuledilməz haldır. Bu məsələlər cənab Prezidentin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsinin təyin edilməsi də Azərbaycanda Korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. Cənab İlham Əliyevin bütün sahələri əhatə edən, yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirdiyi inqilabi islahatlar xalq tərəfindən güclü dəstəklənir. Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır. Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır! Bu istiqamətdə Prezidentin həyata keçirdiyi islahatlar, verdiyi tövsiyə və tapşırıqlar rayon icra hakimiyyəti tərəfindən rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatra, inzibati ərazi nümayəndəliklərinə, bələdiyyələrə onlayn formada göndərilmiş və bir daha bu tapşırıqlara ciddi şəkildə riayət edilməsi bildirilmışdir.

 

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmovdur.

1976-cı ildə Qubadlı rayonunun Başarat kəndində anadan olub. Orta təhsilinə həmin kənddə başlayıb. 9-cu sinifdən etibarən Bakı şəhərində Kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirib. 1999-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat fakültəsində qiyabi təhsil alıb. 2000-ci ildə Sumqayıt şəhər 20 saylı Mənzil İstismar idarəsində rəis vəzifəsinə təyin olunub. 2000-2012- cü illər ərzində həmin vəzifədə işləyib. 2012-ci ildən isə Sumqayıt Şəhər Təmizlik Departamentində Nəzarət bölməsinin şöbə müdiri olub və 2016-ci ilə qədər həmin vəzifədə çalışıb. Elə həmin il Abadlaşdırma və təmir-tikinti idarəsinin rəisi vəzifəsinə təyinat alıb. 2018-ci il 6 sentyabr tarixindən isə Sumqayıt şəhər Təmizlik Departamentində baş direktorudur.

II qrup Qarabağ əlilidir.

Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Atəş Rüstəmov bu işin müqəddəsliyini qoruyub saxlayır. Atəş Rüstəmov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Ona etibar edilən bütün işlərdə Atəş Rüstəmov özünü doğruldub. Bizdə hörmətli Atəş Rüstəmovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.