Bu gün RESPUBLİKAXƏBƏR.AZ İnformasiya-Xəbər Portalının təsisçi və Baş Redaktoru Gülüyev Elyaz Ağasəf oğlunun doğum günüdür

O, 20 may 1983- cü ildə Azərbaycan Respublikasının sayılıb-seçilən  və sevilən regionlarından biri olan Şəki rayonu, Baş Şabalıd kəndində anadan olub, 2006-cı ildən 2010-cu ilə qədər qeyri rəsmi və 2010-cu ildən 2014-cü ilə qədər isə QMİ-nin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə həzrətlərinin əmri ilə  Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhər Hacı Əjdərbəy məscidində  rəsmi olaraq Naibi İmam vəzifəsində işləmişdir. 2014-cü ildən O, öz xahişi ilə QMİ-dən tutduğu vəzifədən azad edilmişdir. 2015-2017-ci ildə Azərbaycan Nəşriyyatı  “Kriminal və Bəşəriyyət” qəzetində, 2018-ci ildə “Son-Söz”qəzetində 2019-cu ildə “MEDİA MƏLUMAT MƏRKƏZİNİN nəzdində MİLLİTV.az İnformasiya-Xəbər portalında araşdırma bölməsinin müdiri işləmiş və 2020-ci ildən isə O, RESPUBLİKAXƏBƏR.AZ İnformasiya-Xəbər Portalının təsisçisi və Baş redaktorudur. Ailəlidir, iki qız, bir oğlan olmaqla  3 övladı var.
Elyaz Gülüyev haqqında tərif vermək niyyətində deyilik, sadəcə onu qeyd edərək həqiqəti bildirmək istəyirik ki, O, hər zaman haqq-ədalət tərəfdarıdır. Yaxşını-pisdən ayırandır. Belə insanın Azərbaycan xalqına hər zaman ehtiyacı var. Ona görə ki, O, həm bir insan kimi gözəl insandır, jurnalist kimi də elmli-savadlı insandır.  Biz də öz tərəfimizdən Elyaz müəllimi doğum günü münasibəti ilə bütün Media işçiləri adından salamlayırıq, onu təbrik edib, can sağlığı, ailə səadəti və xoşbəxtlik arzulayırıq.