MÜBARİZ BARİZ NÜMUNƏSİDİR

 Biz Bir Millət İki Dövlət Qardaş olmaqla dünyaya meydan oxuduq.
Mübariz Mənsimov Qurbanoglu bu dünyaya ismiylə tarix yazdı. Birlik yaratdı. Bütöv ölkələrdə barış olsun Mübarizlər üzərində. Haqqa, ədalətə möhür vurdu  bariz nümunəsi azadlıgın ugrunda. Bu haqq yoludur, ədalət yoludur. Bu yol Vətəndir. Bu yol uludur.
Ulu Öndər Qarantı Olan Heydər Əliyev Cənabları demişdir:
“Dövlət iki şeydən sarsıla bilir.
Günahkar cəzasız qalanda və
günahsıza cəza veriləndə. ”

Mübariz Mənsimov Qurbanoglu bir iş adamı olsada, vətənpərvər oldugunu, canını Azərbaycan üçün Türk dünyası üçün fəda etməyə hər zaman canını qurban verməyə hazıram söyləmişdir. Hətta, övladlarinı  Vətən üçün qurban verməyə hazıram deyən bir Ata üçün belə ədalətsizlik olmaz. Budurmu haqq ədalət ? Budurmu birlik ?!
Mübariz Mənsimov bizim fəxrimizdir,
hər zaman xalqına, millətinə dəstək olan böyük bir şəxsiyyətdir. Mübariz şərəfli bir ömür keçmişdir. İş adamı olsada sadəliyi ilə hamını heyran qoymuşdur. Bütün qazandıgı ugurlarını, xalqıyla bölmüş. Öz hesabına aztəminatlara, yoxsullara, imkansızlara, xəstələrə belə sərf etmişdir. Bununla belə neçə – neçə tələbələr oxutmuşdur. Hər zaman xalqının yanında olan bir insan olub.
Azərbaycan – Türkiyə xalqı üçün çox işlər görmüşdür. Budurmu sonu ?

Biz hər birimiz Mübarizik. Biz Mübarizlərik. Sevgimiz sonsuzdur. Sona qədər Mübarizlə – Mübarizik.
Mübariz azad olmayınca, susmayaq, Mübarizlər bir olaq, yumruq olaq.
Qeyrətli ogluna biz sahib çıxaq, dəyərli oglumuza azadlıq tələb edək. Mübariz Mənsimov vuran ürəyimiz, görən gözümüz, sönən ocaqların közü, elimizin, obamızın qeyrətli ogludur. Vətənimizin üç rəngli bayragı,Türk Dünyasının ibratəmiz Mübarizidir. Bariz nümunəsidir. Milyon insanın narahatlıgında şövq salıb. Dünya ayaq üstə. Haqq yolunda ədalətin özüdür Mübariz. Azadlıgın özüdür Mübariz.
Bir tarixdir Mübariz. Artıq, bu günün olayları tarixə yazıldı. Keçmişimiz, gələcəyimiz bizi izləyəcək bir kölkə kimi. Tarixlərə imza atdı.
Ədalətiylə, məsumluguyla, insanlıgıyla möhür vurdu tarixə Mübariz Mənsimov Qurbanoglu Azadlığda.
Günahsız Mübarizə hökm oxunur, bir günahı olmadan,,,
Bu gün isə Qarabagda  gözəl Şuşamı ermənilər Paytaxt seçdilər. Bəs, bunları kim günahlandıracaq, kim cəzalandıracaq, kim həbs edəcək.
Üzümü tuturam. Azərbaycan Respublikasının Möhtərəm Prezidenti İlham Əliyev Cənablarına. Türk Dünyasının Prezidenti Rəcəb Tayyib Ərdogan Cənablarına, Sizdən rica edirəm, artıq dərəcədə, Mübariz Mənsimov Qurbanogluna  Azadlıq. Biz Bir Millət İki Dövlətik.