Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib — SON DƏQİQƏ

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
O, bundan əvvəl Hərbi Dəniz Qüvvələrinin komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi