Xalq hər zaman Ali Baş Komandanın yanındadır

Xalq hər zaman Ali Baş Komandanın yanındadır

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-dən işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Müraciət edənlər bu savaşda Ali Baş Komandanın hər zaman yanında olduqlarını bildiriblər, müzəffər Ordumuzun qələbələrinə sevindiklərini və alqışladıqlarını ifadə ediblər.

Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda qələbə sevinci ilə yaşadığımız bu günlərin bütövlükdə Azərbaycanımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlər olduğu vurğulanır.

Azərbaycan və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda dövlət başçısının qətiyyəti nəticəsində uzun illərdir düşmən tapdağında olan torpaqlarımızın geri alındığı vurğulanır və Ali Baş Komandana bu çətin və şərəfli işində uğurlar arzu edilir.