Pandemiya dövründə ölkədə yaşamasına icazə verilən əcnəbilərin sayı AÇIQLANDI

Pandemiya dövründə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb.

Oxu.az məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59 963 olub:

“Gürcüstandan 25 385, Rusiyadan 23 583, Türkiyədən 3 626, Ukraynadan 1 736, Pakistandan 835 və digər ölkələrdən 4 795 nəfərin ölkədə yaşaması leqallaşdırılıb”.