Sərdar Əhmədov cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və rəhbərliyin etimadını daim doğruldub
Sərdar Əhmədov cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və rəhbərliyin etimadını daim doğruldub
Ölkəmizdə gedən abadlıq-quruculuq və regionlarda su problemlərinin həlli işləri, cənab Prezidentimizin tapşırıqları daim vaxtı-vaxtında yerinə yetirilir. Buna misal olaraq Bərdə Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov rəhbərliyi altında Bərdə rayonunda da su problemlərinin həlli, sahələrin suvarılmasında gördüyü işlər uğurla davam etdirilmiş, mühüm infrastruktur layihələri icra olunmuşdur.
Sərdar Əhmədov rəis təyin olunandan sonra ilk növbədə vətəndaşların qəbuluna münasibət kökündən dəyişilmiş, onlar diqqətlə dinlənilmiş, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul etmişdir. Təəssüflər olsun ki, bütün bu görülən işlərə kölgə salmağa çalışanlar hələ də var. Son zamanlar bəzi insanlar yerli qurumların ünvanına əsassız ittihamlar irəli sürür və sosial şəbəkələrdə və qara yaxmağa öyrəşmiş KİV-lərdə bu barədə məlumatlar yerləşdirirlər. Amma düşünmədilər ki, rayon sakinləri əsil həqiqəti daha dəqiq bilir və onları yalan informasiyalarla çaşdırmaq olmaz.
Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir.
Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi İdarə rəisi. Bu şəxs Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Sərdar müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.
Sərdar Əhmədov-a bundan sonrakı iş fəaliyyətində uğur, qalibiyyət və zəfər diləyirik. Ümidvarıq ki, Sərdar Əhmədov Azərbaycan iqtisadiyyatına bundan sonra da öz töhvələrini verəcəkdir.
P.S. Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovun bizim müdafiəmizə ehtiyacı yoxdur.
Yeganə Nəsirova
Baş redaktor
Tel.: 070-306-46-06