Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov – Məktəbəqədər təhsilə yüksək diqqət və qayğı nümunəsi
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov – Məktəbəqədər təhsilə yüksək diqqət və qayğı nümunəsi
Azərbaycanda əldə olunan ən mühüm nailiyyətlərdən biri regionların, o cümlədən hər bir rayonun, şəhər və kəndin inkişaf yoluna çıxarılmasıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası müddətində bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, əsaslı quruculuq və abadlıq işləri həyata keçirilib. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən bir neçə ildən çox vaxt ötmüşdür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun son 16 illik fəaliyyəti də xüsusi vurğulanmalıdır.
Heydər Əliyev Fondunun uşaq bağçaları, uşaq evləri və internat məktəblərinin inkişafı ilə bağlı layihəsi də mühüm sosial əhəmiyyətə malikdir.
“Uşaq bağçaları və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublika üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır.
Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmış, aparılmış əsaslı islahatlar öz bəhrələrini vermişdir. H.Əliyev Fondunun böyük dəstəyi ilə yeni məktəbəqədər təhsil binalarının tikintisi geniş vüsət almış, müasir standartlara cavab verən təhsil kompleksləri istifadəyə verilmişdir. Aparılan islahatlar nəticəsində məktəbəqədər təhsilin keyfiyyəti yüksəlmiş, müasir dünya görüşlü, hərtərəfli biliyə malik yeni nəsil formalaşmışdır. Bütün bunlar dövlət başçısı cənab İ. Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.
Eldar Yunusov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.
-Eldar Yunusov yüksək insanlığı ilə seçilən bir insan və Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəridir! Eldar Yunusov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
-Eldar müəllim məktəbəqədər təhsilə göstərdiyi əmək və fəaliyyəti göz qabağındadır. Eldar müəllimin bir devizi var “Gələcəyimiz olan körpələrin təhsili və sağlamlığı hər şeydən qabaqdır” Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbərlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır.
Respublikamızda çoxlu sayda xəbər saytları fəaliyyət göstərir. Bəzi sayt rəhbərləri şər-böhtan xarakterli yazılar dərc edərək maddiyyatı güdürlər. Düşünmədən, araşdırmadan qeyri-obyektiv yazılar dərc edirlər. O cümlədən də Eldar müəllim haqqında neqaiv yazılar dərc edirlər. Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində özbaşınalıq” başlıqlı həqiqətdən uzaq yazını görəndə istədim ki, ona cavab verim. Atalar məsəli var “İt hürər, karvan keçər”.
Biz redaksiya olaraq Eldar Yunusov-a işlərində uğur, qalibiyyət və zəfər diləyirik. Qoy həmişə yolunuz açıq olsun.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov bu xoşməramlı missiya isə Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə, millətin nurlu sabahına xidmət edir.
Yeganə Nəsirova
Baş redaktor
Tel.: 070-306-46-06