RÜSXARƏ ƏLİYEVA – Təhsilə olan dövlət qayğısı ölkəmizin xoşbəxt gələcəyinə hesablanıb

RÜSXARƏ ƏLİYEVA – Təhsilə olan dövlət qayğısı ölkəmizin xoşbəxt gələcəyinə hesablanıb

İlham Əliyev: “İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq”.

 

Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin  səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə – XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün təhsil ocaqlarında yeni texnologiya sistemləri ilə təchiz edilmişdir.

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüsxarə Əliyeva özünün fədakarlığı və təhsilə sərf etdiyi əməyi ilə seçilən və sevilən direktorlardan biridir. Rüsxarə Əliyeva rəhbərliyin və tələbələrin etimadını yüksək səviyyədə qazanmışdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyevadır.
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə xanım Əliyeva vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən direktordur.

Bizdə Redaksiyamız adından Rüsxarə xanım Əliyevaya gələcək işlərində uğurlar arzulayırıq.

 

Yeganə Nəsirova

Baş redaktor

Tel.: 070-306-46-06