Cəsur döyüşçü – Hümbətov İsa Valeh oğlu

Cəsur döyüşçü – Hümbətov İsa Valeh oğlu

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Məhz döyüşə könüllü yollanıb torpağın hər qarışına vətən deyib azadlığı üçün ölüm gözünə dik baxıb yollananlardan biri də, igid, cəsur döyüşçü Hümbətov İsa Valeh oğlu oldu. O, hələ uşaq ikən torpaqlarımızn mənfur düşmən tapdağı altından azad etməyi arzusu ilə böyüyürdü. İsa Hümbətov 44 günlük Vətən müharibəsi başlayanda ordu sıralarına ilk qoşulanlardan oldu. İsa Hümbətov döyüşlərdə ön sıralrda iştirak edib onlarla mənfur düşməni məhv edib strateji yüksəkliklərin əldə olunmasında böyük sücayət göstərirdi. Döyüşdə yaralanan bir neçə hərbiçi dostunu qəhrəmanlıq göstərərək neytral zonadan çıxartmışdır. İsa Hümbərov 30 il həsrətində olduğumuz Zəngilan və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə böyük mətanətlə düşmən üzərinə hücuma keçərək onları zərərləşdirmişdir. İsa Hümbətov komandirlər tərəfindən dəfələrlə təşəkkür və minnətdarlıq almışdır. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən orden və medallarla təltif olunan döyüşçülərimiz içərisində ön sıralarda İsa Hümbətov  olmaqla, vətən uğrunda, igidliyə görə medallarına layiq görülmüşdür.

Belə bir el məsəli var: “Hər şey gendən gələndi”. Bəli, İsa Hümbətovun bu kimi qəhrəmanlıq göstərməyi, məhz onu vətənpərvər ruhda  tərbiyələndirib boya-başa çatdırdığı valideynləri – atası Valeh Hümbətov və anası Bilqeyz Hümbətova  olmuşdur. İsa  Hümbətovun valideynlərini bu cür igid-qəhrəman övlad böyütdüklərinə görə minnətdarlığımızı bildiririk.

Yeganə Nəsirova

Baş redaktor