Vətənə və dövlətə sədaqətlə xidmət yolu

Vətənə və dövlətə sədaqətlə xidmət yolu

Nərimanov Rayon Polis İdarəsinin rəisi polis-polkovniki Vaqif Müslümov:

Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram.

Heydər ƏLİYEV
Ümummilli lider

 

Ölkəmizdə ictimai-siyasi sabitliyin mühafizəsində və sosial-iqtisadi inkişafın davamlı təmin olunmasında Azərbaycan polisinin özünəməxsus yeri, çəkisi və böyük uğuru vardır.  Ötən əsrin əvvəllərində – Azərbaycan Cümhuriyyəti dönəmində ilk addımlarını atan Azərbaycan polisi vəzifələrini yüksək səviyyədə yerinə yetirməklə bu faktı dəfələrlə təsdiqləmişdir. Respublikamızın dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi də bir həqiqətdir.  Daxili işlər orqanları ötən illərdə olduğu kimi, bu gün də şərəfli və əvəzolunmaz fəaliyyətini layiqincə davam etdirir və Azərbaycanın əldə etdiyi böyük uğurların daha da inkişaf etməsinə öz töhfəsini verir.

2 İyul Polis Günüdür. Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da böyük ruh yüksəkliyi, mübariz əzmkarlıq və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar. Ötən 103 il ərzində keçdiyi böyük və şərəfli tarixi yol bu gün polis işçilərini Azərbaycan dövlətçiliyinin keşiyində sədaqətlə dayanmağa və Vətənimizin hərtərəfli inkişafına dəstək verməyə sövq edir.

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil, bölünməz və demokratik Azərbaycan uğrunda başladığı mübarizə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qanunun aliliyinin təminatçısı olan dövlət başçısı və qanunların işləməsinə, tətbiq olunmasına məsul olan hüquq-mühafizə orqanları da demokratiyanın bu fundamental prinsipinin işlək vəziyyətdə olmasına daim nəzarət edirlər.

Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanları fəal rol oynayırlar. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır.

Nərimanov Rayon Polis İdarəsinin rəisi polis-polkovniki Vaqif Müslümov Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Daxili İşlər Naziri polis generalı Vilayət Eyvazovun əmr  və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirərək, ictimai asayişin qorunmasında böyük səy və bacarığını göstərməkdədir. Vaqif Müslümov dövlətimizin və dövlətçiliyimizn qorunmasında müstəsna xidmətləri vardır.

PS: Fürsətdən istifadə edərək Nərimanov Rayon Polis İdarəsinin rəisi polis-polkovniki Vaqif Müslümovu və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını başda cənab general Vilayət Eyvazovu 2 iyul polislərin peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik, işlərində müvəffəqiyyət, uğur və qalibiyyət arzulayırıq.

 

Yeganə Nəsirova

Baş redactor

Tel.: 070-206-07-28