GƏNCƏ ŞƏHƏRİ TƏRƏQQİ YOLUNDA

GƏNCƏ ŞƏHƏRİ TƏRƏQQİ YOLUNDA

Yaxşılara yaxşı demək vəzifə borcumuzdur. Gəncə şəhəri Azərbaycanımızın ən iri şəhərlərindən biri olmaqla bərabər həm də ən qədim şəhərdir. Gəncə şəhərinin əhalisi özünün qonaqpərvərliyi ilə istər ölkə vətəndaşlarının, istərsə də turistlərimizin həmişə maraq mərkəzində olmuşdur. Tarixən zəngin olan Gəncə şəhərimiz dahilər diyarı olmaqla yanaşı igidlər şəhəri də adlandırılır. Əlbəttə ki, Gəncə şəhərinin bu gün də dünya diqqətində olmaqdadır. Çünki, mənfur düşmənlərimiz 44 günlük haqq savaşımızda Gəncəmizi sarsıtmaq istədilər, lakin buna nail ola bilmədilər. Gəncə şəhərinin sakinləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun ətrafında sıx birləşərək düşmənin zərbələrinə məhəl qoymayıb Azərbaycan xalqının birliyinə böyük töhfə və cəsarətlərini nümayiş etdirdilər. Bəli, Gəncə şəhər sakinləri tarixən mərd və cəsarətli olmaqla yanaşı, hal-hazırda cənab Niyazi Bayramovun apardığı məmur-vətəndaş birliyinin siyasi ideyasının təxəyüllüdür.

Cənab Niyazi Bayramov Gəncə şəhərinə başçı təyin olunandan sonra şəhərdə abu-hava demək olar ki, yüksək səviyyədə yaxşılığa doğru irəliləməyə başladı. Cənab başçının şəhər sakinləri ilə sıx-sıx görüşlər keçirərək onların problemləri iləyaxından tanış olub həllində birbaşa iştirak edir. Cənab Niyazi Bayramov kimsəsizlərə, Şəhid ailələrinə, Qarabağ veteranlarına, qazilərə, qoca və ahılları həmişə diqqət mərkəzində saxlayıb onların qayğısına qalır. İkinci Vətən Müharibəsi dövründə Niyazi  müəllim xalqla birgə şanlı ordumuzun qələbə qazanmasında verdiyi töhfələri danılmazdır. Niyazi müəllimin gördüyü işlər haqqında yazmaqla qurtarmaz.  Çünki onun vətənpərvər və xeyirxahlığı haqqında dastanlar yazmaq olar. Gəncə şəhər əhalisinə başda cənab başçı Niyazi Bayramov olmaqla gələcək həyatlarında sülh, əmin-amanlıq və uğurlar arzu edirik. Yazımızın sonluğunu bu yaxınlarda Gəncə şəhərində görülən işləri işıqlandırmaq istəyirik, buyurun sizdə tanış olun:

 

Gəncədə şəhid ailələrinə qurban əti paylanılıb

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Gəncədə Qurban bayramı münasibətilə şəhid ailələrinə qurban əti paylanılıb.

Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələrini əhatə edən aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşıb. Kəsilən qurbanlar yaradılan komissiya tərəfindən tərtib olunmuş siyahıya əsasən aidiyyəti üzrə ünvanlara çatdırılıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.

 

Niyazi Bayramov türkiyəli iş adamı ilə görüşüb

2021-07-06

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin “Albayrak” Holdinqinin idarə heyətinin üzvü İbrahim Karaca ilə görüşüb. Görüşdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk də iştirak edib.

Niyazi Bayramov türkiyəli iş adamına şəhərin iqtisadi potensialı barədə ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Burada Beynəlxalq Hava Limanı, Gəncə Avtomobil Zavodu və “Azəraliminium” MMC kimi bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, qədim İpək yolunun üzərində yerləşən şəhər olduqca əhəmiyyətli coğrafi mövqeyə sahibdir. Gəncə Qərb bölgəsinin qəlbi və mərkəzi hesab olunur.

İbrahim Karaca isə öz növbəsində təmsil etdiyi “Albayrak” Holdinq barədə şəhər rəhbərliyinə ətraflı məlumat verib. O bildirib ki, 1952-ci ildə inşaat sahəsində fəaliyyətə başlayan “Albayrak” Holdinq bu gün sənaye, xidmət, logistika və media sahələrində 50-yə yaxın şirkəti birləşdirir.
Söhbət zamanı “Albayrak” Holdinqinin burada icra edə biləcəyi layihələr ətrafında geniş müzakirələr aparılıb, məişət tullantılarının daşınması və utilizasiyası, habelə ictimai nəqliyyatın modernləşdirilməsi sahələrində birgə layihələrin icrasının mümkünlüyündən danışılıb.

 

Gəncədə media nümayəndələri təltif olunublar

2021-07-23

Azərbaycan Milli Mətbuatının 146-cı ildönümü münasibətilə Gəncədə bir qrup media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, habelə şəhərdə fəaliyyət göstərən mətbuat nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arazulayıb.  2020-ci ilin yaddaşlarda  Zəfər ili olaraq  qalacağını qeyd edən şəhər rəhbəri, bu qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb.

“Biz nəyinki döyüş meydanında qazandığımız qələbəni, həmçinin informasiya arenasında da haqq səsimizi beynəlxalq aləmə media sayəsində çatdırmağı bacardıq. Dəfələrlə Ermənistan silahlı qüvvəlləri Gəncəni raket atəşinə məruz qoydu. Jurnalistlər düzgün və operativ şəkildə dinc əhaliyə qarşı törədilən bu vəhşiliyi  ictimaiyyətə çatdırmaqla öz vəzifə borclarını layiqincə yerinə yetirdilər. Eyni zamanda pandemiya dövründə maarifləndirmə tədbirlərini işıqlandırmaqla vətəndaşlarımıza da bir növ yardımçı oldular” – deyə o əlavə edib.

“Azərbaycan” qəzetinin bölgə müxbiri Sabir Əliyev çıxışında qələm yoldaşlarını təbrik edib. Onlara sözlərinin kəsərli, qələmlərinin daima iti olmasını arzu edib. Bildirib ki, mətbuatın inkişafına,  KİV nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.

“Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova bildirib ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin, onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti var. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir. Gəncə şəhərində söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

“Novosti Gyandji” qəzetinin redaktoru İrina Kalaşnikova həmkarlarını təbrik edərək bildirib ki, mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.

Sonda Azərbaycanda fəaiyyət göstərən qəzet, televiziya, sayt və xəbər agentliklərinin Qərb bölgəsi üzrə müxbirləri Gəncə şəhərinin ictimai-siyasi həyatının, 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdikləri terror hadisələrinin və COVİD-19 pandemiyasına qarşı maarifləndirmə tədbirlərinin geniş işıqlandırılmasında göstərdikləri  səmərəli fəaliyyətə görə, Azərbaycan Milli Mətbuatının 146-cı ildönümü ilə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təltif olunublar.

 

Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

2021-07-25

Fransa Milli Assambleyasının nümayəndə heyəti Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar. Nümayəndə heyətini Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov müşayiət ediblər. Səfərin məqsədi Dostluq Qrupunun üzvlərini Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.
Qonaqlar ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Diqqətə çatdırılıb ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib. Fransa Milli Assambleyasının üzvləri Jerom Lamber, Frederik Düma, Karol Büro-Bonnar, Jan Lük Reitzer, Sandrin Morş həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.