Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov daima dövlətin, xalqın etimadını doğruldur

Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov daima dövlətin, xalqın etimadını doğruldur

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi İdarə rəisi. Bu şəxs kimidir? Bu şəxs Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Sərdar müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.
Bərdədə sovetlər dönəmindən istismar olunan beton kanalda təmir işləri aparılır. Uzunluğu 21 kilometr olan kanal vasitəsilə hazırda 9 min hektardan artıq əkin sahəsi suvarıla bilir. Suvarılmanın daha itkisiz aparılması üçün kanala yeni beton üzlük çəkilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bərdə rayon suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov  bildirib ki, bu günədək kanalın 4,4 kilometr hissəsi beton üzlüyə alınıb. Bu il suvarılmada önəmli yeri olan kanalda 1,5 kilometr əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. İşlərin böyük bir hissəsi artıq görülüb.

Sərdar Əhmədov qeyd edib ki, Bərdə Suvarma Sistemləri İdarəsi 63 min hektardan çox suvarılan sahələrə xidmət edir. Bunun 55 min hektara yaxını əkin üçün nəzərdə tutulmuş torpaq sahələridir. Rayonda suvarma kanallarının ümumi uzunluğu 1366 kilometr təşkil edir. İdarənin texnikaları vasitəsilə sahələrin su təminatının bir hissəsini həyata keçirən torpaq məcralı kanallarda 519 min kubmetr lildəntəmizləmə işləri görülüb. Bundan başqa balansda olan nasos stansiyaları saz vəziyyətə gətirilib. Bu il 115 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparılıb, 24 ədəd hidropostlar təmir olunub.

Bu il Bərdə rayonunda 11 min hektara yaxın sahədə pambıq əkilib. Fermerlər əkdikləri sahələrdən yüksək məhsuldarlıq gözləyirlər. Bu günə kimi pambığın suvarılması ardıcıl aparılıb. Rayonda əvvəllər pambıq əkilməyən sahələr də su ilə təmin edildiyindən əkinəyararlı olub.

Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi İdarə rəisi. Bu şəxs kimidir? Bu şəxs Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Sərdar müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.
Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədova işlərində uğurlar arzu edirik.

Yeganə Nəsirli

Baş redaktor

Tel.:  077-303-16-86