XEYİRXAHLIQ VƏ İNSANPƏRVƏRLİK ONUN MİSSİYASIDIR

XEYİRXAHLIQ VƏ İNSANPƏRVƏRLİK ONUN MİSSİYASIDIR

Bildiyimiz kimi 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə “44 günlük” haqq savaşımız oldu. Döyüşdə şanlı ordumuz qalib gələrək tarixi torpaqlarımız olan Qarabağı və ətraf rayonlarını düşmən tapdağı altından azad etdilər. Xalq-dövlət, xalq-ordu birliyi dünyaya bir daha Azərbaycançılıq məfkurəsini sübut etdi. Bu hadisə ölkəmizin bütün vətənpərvərvər sakinləri, ziyalıları kimi, məni də çox sevindirdi və bu qeydləri yazmağa sövq etdi. Vətənpərvər vətəndaşlarımız orduya dəstək kompaniyasında özlərini bütün var-gücü ilə dəstək oldular, əsgərlərimizin yanında oldular.

Belə vətənpərvər oğlullarımızdan biri də Sumqayit Cümə Məscidinin axundu Hacı Rauf Sərdarovdur. Heç bir təqdimata ehtiyacı olmayan vətənpərvər insandan – Hacı Raufdan danışırıq.

Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir. Yalnız yüksək mənəviyyatlı insanlar öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edirlər.

Konkret həyat amalına malik belə mənəviyyat sahibləri şərəfli və mənalı ömür yolu ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilirlər. Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov Azərbaycan xalqı qarşısında müstəsna xidmət və xeyirxah əməllərin daşıyıcısı olmaqla, belə bir ucalığa yüksəlmiş, insanların səmimi rəğbətini qazanmışdır.

Hacı Rauf Sərdarov dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir, xalqın mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin yad təsirlərdən qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna rol oynayır. Fəaliyyət göstərdiyi müddət ərzində ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Hacı Rauf Sərdarov cəmiyyətdə yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir. Hacı Rauf Sərdarov xeyirxah və nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.

Bundan başqa, Hacı Rauf Sərdarov respublikada bir çox mühum tədbirlərdə özünün vətəndaşlıq borcunu yerinə yetirərək bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Hacı Rauf Sərdarovun və onun ideyaları ətrafında birləşdirir.

Təvazökarlığı, xeyirxahlığı, sadəliyi ilə milyonların rəğbətini qazanan Hacı Rauf Sərdarov qayğıya ehtiyacı olan insanların hamisinə çevrilib. Hacı istər pandemiya dövründə, istərsə də 44 günlük haqq savaşında ictimaiyyətlə sıx-sıx əlaqədə olub, onların problemləri ilə maraqlanıb və maddi-mənəvi köməkliyini əsirgəməmişdir. Bu da dövlətimizə dəstəyin bariz nümunəsidir.

Hacı həmişə şəhid ailələri, qazilərə və kimsəsizlərə baş çəkərək onlara mənəvi-maddi dəstək olaraq, bayramlarda, xüsusi əhəmiyyətli günlərdə bayram sovqatları ilə qəlblərini sevindirir.

Hacı Rauf Sərdarova redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

 

Şahmar Zərdabi

Direktor