“Skarpion” oteli? Kafe?, əslində fahişəxana?

“Skarpion” oteli? Kafe?, əslində fahişəxana?

Əxlaqsız əməllərin intensiv xarakter aldığı otellərdən biri də Neftçilər metrosunun yaxınlığında “Skarpion” otelidir.

Müşahidə etmisinizsə, Bakıda otel, ailəvi istirahət mərkəzi, sauna və motellərin sayı günü-gündən artır. Hər birimizdə ilk baxışdan elə təsəvvür yaranır ki, həmin obyektlər təyinatları üzrə fəaliyyət göstərirlər. Amma real mənzərə tamamilə başqa cürdür.  İnsanlar bir gecəlik və ya bir neçə saatlıq istirahət etmək üçün , öz məşuqələri ilə birlikdə həmin obyektlərə üz tuturlar. Həmin obyektlər hansı rayonun ərazisində yerləşirsə onların fəaliyyətindən də həmin rayonun polis idarələrinin rəisləri və əməkdaşları sozsüz ki, xəbərsiz deyillər.

İş vaxtından sonra, ələlxüsus da həftənin şənbə və bazar günləri həmin obyektlərin həyəti maşınlarla dolu olur. Əlbəttə, həmin obyekt sahibləri harasa, kiməsə “haqq” verir ki, əxlaqsızlıq yuvasına çevirdikləri obyektlərə dəyib, toxanan yoxdur. Yada ki, özləri dövlətin müəyyən qatında yüksək vəzifə sahibidirlər.Ona görə də polis həmin obyekti “vura” bilmir. Bunlardan biri də “Skarpion” adı altında fəaliyyət göstərən Neftçilər metrosunun və ən əsası da məscidin yanında yerləşir. “Skarpion” baxmayaraq ki, paytaxta yaxındır, amma ki, obyektin rəhbəri qurd ürəyi yeyərək məkanı əxlaqsız yuvasına çevirmişdir.

Müşahidələr apardıqda şahidi olduğumuz bir məqamı da nəzərinizə çatdırmaq istərdik ki, sözün qısası, bu gün də paytaxt Bakıda obyekt biznesi adı altında mentalitetimizə zidd və milli-mənəvi dəyərlərimizə uyğun olmayan əməllər baş verir.
İş yeri  adı altında “HƏRƏMXANA” sayılan “Skarpion”-da  açıq-aşkar insan alveri ilə məşğul olurlar. Araşdırmalarımız aparanda bizə məlum oldu ki, Mirzə adlı şəxs buranı işlədir. Deyilənlərə görə onu yixarı rütbəli məmur himayə edir. Bunun üçün də bura giriş etmək kifayət edir. Ondan sonrasını özünüz şahidi olacaqsınız ki, bu obyektdə nə hoqqalardan çıxırlar.

Yaxşı, tutaq ki bu obyekti kimsə himəyadarlıq edir, bəs hüquq-mühafizə orqanları hara baxır? Niyə bu obyekt haqqında ciddi tədbir görmürlər. Axı, biz demokratik, qanuni, müstəqil dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqları Konstitusyamızın qanunları ilə qorunur.  Sonda hörmətli Daxili İşlər Nazirimiz, general-polkovnik Vilayət Eyvazovdan xahiş edirik ki, özü şəxsən bu məsələni nəzarətə götürsün və milli dəyərlərimizə zidd olan bu əməllərə son qoyulsun.
Obyektin nümayəndəsi ilə əlaqə saxlayıb qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, bizə cavab verən olmadı.

Kanalim14.TV