Azərbaycan polisi fədakarlıq nümayiş etdirir
Azərbaycan polisi fədakarlıq nümayiş etdirir
Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Azərbaycan polisinin böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev polisin Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqan olduğunu qeyd edib: “Koronavirus pandemiyasının bəşəriyyəti sınağa çəkdiyi günlərdə, pandemiya dövründə fəaliyyəti ilə ən çox yadda qalan, nümunə göstərən, vətəndaşın yanında olan peşə sahiblərindən biri də Azərbaycan polisi oldu. Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı, polis əməkdaşları da fəaliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar. Vətənimizin təhlükəsizliyi, insanların sağlamlığının qorunması naminə hər kəsin bir olduğu, yenilməzlik nümayiş etdirdiyi zamanda Azərbaycan polisi fədakarlıq nümayiş etdirdi. Hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalan şərəfli peşə sahibləri ciddi rejimdə tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Onlar bu ağır, çətin günlərdə həyatlarını təhlükəyə ataraq, daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayandılar”.
Azərbaycan polisi yağışın, soyuğun, küləyin, qızmar günəşin yaratdığı narahatlıqlara məhəl qoymadan vəzifə borclarına sədaqət nümayiş etdirirlər: “Yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Onları, əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu. Polisin vətəndaşlarla kobud davranışının şahidi olduğumuz bəzi demokratik ölkələrdən fərqli olaraq, Azərbaycan polisi bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə nəzakət nümayiş etdirdi, yüksək peşəkarlıqla humanist mövqe sərgilədi. Məhz bunun üçün hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən polis əməkdaşını gördükdə, özünü güvəndə hiss edir”.
Tətbiq edilmiş qaydalar bütün Azərbaycan xalqının sağlamlığının təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir. Azərbaycanda ictimai-siyasi sabitlik şəraitinin təmin edilməsində, dövlətçiliyimizin hər cür cinayətkar qəsdlərdən, vətəndaşların təhlükəsiz yaşamaq hüquqlarının qorunmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının xüsusi rolu var”.
Bu gün Daxili İşlər Naziri, Azərbaycan dövlətin və dövlətçiliyinin qorunmasında xüsusi rolu olan, vətənpərvər insan, hər zaman tabeçiliyndə olan şəxsi heyətin qeydinə qalan, general-polkovnik Vilayət Eyvazovun doğum günüdür. Cənab Nazirimizi ad günü münasibəti ilə öz adımdan və bütün şəxsi heyət adından səmimi qəlbdən təbrik edirəm. Əziz və hörmətli Vilayət müəllim sizə həyatda uzun ömür, can sağlığı və yorulmaz iş fəaliyyətində uğurlar arzulayıram. Sizin kimi rəhbərimiz olduğu üçün şərəf duyuruq.
Xəqani Məmmədov
Siyəzən rayon polis şöbəsinin rəisi,
Polis-polkovnik