Polis dövlətin nümayəndəsidir
Polis dövlətin nümayəndəsidir
Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Deputatın sözlərinə görə, Azərbaycan polisinin böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev polisin Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqan olduğunu qeyd edib: “Koronavirus pandemiyasının bəşəriyyəti sınağa çəkdiyi günlərdə, pandemiya dövründə fəaliyyəti ilə ən çox yadda qalan, nümunə göstərən, vətəndaşın yanında olan peşə sahiblərindən biri də Azərbaycan polisi oldu. Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı, polis əməkdaşları da fəaliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar. Vətənimizin təhlükəsizliyi, insanların sağlamlığının qorunması naminə hər kəsin bir olduğu, yenilməzlik nümayiş etdirdiyi zamanda Azərbaycan polisi fədakarlıq nümayiş etdirdi. Hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalan şərəfli peşə sahibləri ciddi rejimdə tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Onlar bu ağır, çətin günlərdə həyatlarını təhlükəyə ataraq, daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayandılar”.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün əziz və hörmətli nazirimizin doğum günüdür, bu münasibətlə Vilayət müəllimi öz adımdan və redaksiyamızın kollektivi adından səmimi qəlbdən təbrik edirəm, uzun ömür, can sağlığı və bu şərəfli işində uğurlar arzulayıram.
Qara Abdullayev
Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi