Sabunçu bazarında Məleykə adlı qadın at oynadır – İDDİA

Sabunçu bazarında Məleykə adlı qadın at oynadır – İDDİA

Görəsən Sabunçu bazarının içindəki kafe yeməkxanadı, yoxsa fahişəxana?

Redaksiyamıza mənbədən daxil olan məlumata əsasən Bakının mərkəzində Sabunçu bazarının içində yerləşən kafeni Məleykə adında qadın işlətdiyini bildik. Azərbaycan qadının xas olmayan, milli mentalitetimizə zidd olan hərəkətlərlə, yəni qadın alveri ilə məşğul olmağının şahidi olduq. Hüquq-mühafizə orqanları buna niyə göz yumurlar? Bu qadına himayədarlıq edən şəxs kimdir?

Bu məkan insanların intensiv hərəkət etdiyi yerdə yerləşir. İlk əvvəl bu bazarda işləyənlərlə görüşdüm. Bildirdilər ki, adıçəkilən kafe hamını boğaza yığıb. Onların sözlərinə görə bu bazara ailə üzvləri ilə birlikdə gələ bilmirlər. Vəziyyət o həddə çatıb ki, küçədə və sair yerlərdə əxlaqsızlarla üzbəüz gəlirlər: Artıq rüsvay olduqlarını bildirirlər. Adı çəkilən kafenin yanından belə keçə bilmirlər, əxlaqsız hərəkətlərlə məşğul olurlar.

Sabunçu Rayon Polis İdarəsi bu kafe haqqında niyə ölçü götürmür?

Bazarda fəaliyyət göstərən sahibkarlar deyirlər ki, bu biabırçılıqla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, səslərinə səs verən yoxdur. Heç kim bu məsələyə müdaxilə edib bu biabırçılığı aradan qaldıra bilmir. Çox qəribədir polis bu məkana gəlsə də amma neqativ hallar, əxlaqsızlıq hələ də davam edir. Belə aydın olur ki, polis “haqq” alıb bu kafeyə fahişəlik üçün şərait yaradır.  Hüquq-mühafizə orqanları bildirirlər ki,  ölkə başçısının tapşırığı var, sahibkarlığa mane olmayaq. Məleykə adlı qadın da sahibkarlıqla məşğuldular, biz girişə bilmirik. Bu biabırçı cavab Azərbaycan polis məmuruna yaraşmayan cavabdır. Deməli, sahibkarlıq adı ilə məşğul olan Məleykə adlı qadın qız satıb, əxlaqsızlıq edəcək, millət də buna göz yumacaq.

Vətəndaşlar redaksiyamız vasitəsi ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət edib bildirirlər ki, bu kafe barəsində ciddi ölçü götürüb, insan alverinin qarşısı alınsın.

Kafenin sahibi Məleykəyə irad bildirənlərə deyir:  “Buranı polis bağlaya bilməz! Burda mənəm, Bağdadda kor xəlifə”.

 

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

P.S. Daha şok faktlarla sizi bir azdan tanış edəcəyik.

Bizi izləyin…