İNSANLARA YAXŞILIQ EDƏN HƏR KƏS ALLAH YANINDA ƏZİZDİR
İNSANLARA YAXŞILIQ EDƏN HƏR KƏS ALLAH YANINDA ƏZİZDİR
Bilmirəm, nədənsə, həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür.Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:
_Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki, bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır.
Səxavətli insan Allaha, xalqa, behiştə yaxın, cəhənnəmdən uzaqdır.
Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
Bu müdrik kəlamları elə-belə xatırlamadım. Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm. O insandan ki, amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Bu sözü, əməli, fikri xeyirlə yoğrulmuş insan ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllim Faiq Şahbazlıdır.
Faiq Şahbazlı vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır.
Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Faiq Şahbazlının sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Faiq müəllim.
Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir.
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllim Faiq Şahbazlı bütün işçi kollektivinin, tələbələrinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.
Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Faiq müəllimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, tələbələrini öz övladı qədər sevən Faiq müəllim onların hər birinə ata qayğısı ilə yanaşır, səmimi rəftar edir.
Faiq Şahbazlı sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Faiq müəllim dəyişməz qalır.
Faiq Şahbazlının ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.
Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Faiq müəllimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından müəllim adlı şərəfli sənət sahibini, bu adın mənəvi yükünü təmiz, vicdanla daşıyan və sözün həqiqi mənasında bu ada layiq olan ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllim, çətin anlarda ona pənah aparan insanlara, şəhid ailələrinə, qazilərə qayğı göstərən, şakəri xeyirxah əməllər olan bu dəyərli insana, Faiq Şahbazlıya Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi şərəfli və çətin peşəsində, pedoqoji fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayır, İlin son çərşənbəsi olan Torpaq çərşənbəsi, eyni zamanda qarşıdan gələn Mübarək Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, xoş bayram əhval ruhiyyəsi diləyirəm.
Hörmətli Faiq müəllim!
Sizi, ailənizi, yaxınlarınızı qarşıdan gələn mübarək Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı sizə ünvanlayıram.
14 mart İlin son çərşənbəsi olan Torpaq Çərşənbəniz, eyni zamanda qarşıdan gələn Novruz-Bahar bayramınız mübarək olsun. Torpağınız bərəkətli, ruziniz bol olsun. Bu Bahar bütün xalqımıza, millətimizə düşərli olsun. Üzümüzə gələn bahar dünyamıza salamtlıq, övladlarınıza sağlam və xoşbəxt həyat,evinizə ruzi-bərəkət, əminamanlıq və xeyir-bərəkət gətirsin. bütün dərdləriniz unudulsun, üzünüzdə təbəssüm, ürəyinizdə sevinc bol olsun. Qoy bu bahar bütün insanların qəlbinə mərhəmət gətirsin.
Allah qəlbinizi Allahsız, evinizi Quransız, qulaqlarınızı Azansız qoymasın. Ömrünüz xoşbəxt,ocağınız bərəkətli olsun.
Bir daha Novruz Bahar bayramınız mübarək olsun.