ÜZÜMÜZƏ GƏLƏN BAHAR VƏTƏNİMİZ AZƏRBAYCANA SAĞLIQ,FİRAVANLIQ, BƏRƏKƏT, BOLLUQ GƏTİRSİN…
ÜZÜMÜZƏ GƏLƏN BAHAR VƏTƏNİMİZ AZƏRBAYCANA SAĞLIQ,FİRAVANLIQ, BƏRƏKƏT, BOLLUQ GƏTİRSİN…
“Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir”
Heydər Əliyev,
Azərbaycan Respublikasının Ümummilli lideri
Həyatda yaxşı insanlarla qarşılaşanda onun varlığına sevinir, ürəkdən şad oluruq. Yaxşı olmaq isə hamıya müyəssər olan səadət deyil. Çünki çoxumuzun qəlbində özümüzə və özümüzünkülərə sevgi o qədər hədsizdir ki, başqalarını düşünmək yada düşmür.Əsil insan odur ki, başqaları onun əlindən, dilindən və əməyindən ziyan görməsin.
Haqqında söhbət açdığım xeyirxah əməl sahibi ADU-nun Azad Həmkarlar İttifaqının sədri Misgər Məmmədov da məhz belə dəyərli ziyalılardandır.
Dahilər deyib ki,başqalarını xoşbəxt etmək xoşbəxt olmağın ən yaxşı yoludur. Misgər Məmmədov həyata məhz bu prizmadan yanaşır. O, təbiət etibarilə çox ağıllı, sadə, xeyirxah və həyat dolu bir insandır. Mədənilik və xeyirxahlıq ona məxsus olan ən əsas xüsusiyyətdir. Onu işlədiyi kollektivə, eyni zamanda ona müraciət edən insanlara sevdirən də məhz bu nəcib keyfiyyətlərdir. Xeyriyyəçiliyi özünə mənəvi borc hesab edən Misgər Məmmədov öz xalqının övladlarının xoşbəxt gələcəyi naminə əlindən gələn köməyi əsirgəmir.
Biz də yazar olaraq çətin anlarda ona pənah aparan insanlara, şəhid ailələrinə, qazilərə qayğı göstərən, şakəri xeyirxah əməllər olan bu dəyərli insana, Misgər Məmmədova çətin və şərəfli, məsuliyyət tələb edən pedaqoji fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayır, 14 Mart İlin son çərşənbəsi olan Torpaq çərşənbəsi, eyni zamanda qarşıdan gələn Mübarək Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə xoş bayram əhval ruhiyyəsi arzulayıram.
Hörmətli Misgər müəllim!
Sizi, ailənizi, yaxınlarınızı qarşıdan gələn mübarək Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı sizə ünvanlayıram.
İlin son çərşənbəsi olan Torpaq Çərşənbəniz, eyni zamanda qarşıdan gələn Novruz-Bahar bayramınız mübarək olsun.Torpağımız bərəkətli,ruzimiz bol olsun. Bu Bahar bütün xalqımıza, millətimizə düşərli olsun. Üzümüzə gələn bahar dünyamıza salamatlıq, övladlarınıza sağlam və xoşbəxt həyat,evinizə ruzi-bərəkət, əminamanlıq və xeyir-bərəkət gətirsin. bütün dərdləriniz unudulsun, üzünüzdə təbəssüm, ürəyinizdə sevinc bol olsun. Qoy bu bahar bütün insanların qəlbinə mərhəmət gətirsin.
Allah qəlbinizi Allahsız, evinizi Quransız, qulaqlarınızı Azansız qoymasın. Ömrünüz xoşbəxr,ocağınız bərəkətli olsun.
Bir daha Novruz Bahar bayramınız mübarək olsun.