Əsrlərlə yaşayacaq bir həqiqət var. Zəfər tariximizin, şanlı qələbəmizin, bütün bu nailiyyətlərin, zəfərlərin mərkəzində dayanan əsas amili güclü sərkərdə - Ali Baş Komandan amili oldu. Məhz cənab İlham Əliyevin bir siyasətçi və bir sərkərdə kimi peşəkarlığı, uzaqgörənliyi və çevik manevr qabiliyyəti ordumuzun, xalqımızın apardığı mübarizənin qələbə ilə başa çatmasını təmin etdi. İlham Əliyev çox böyük əzm, çox böyük qətiyyətlə xalqı və ordunu qələbəyə doğru apardı. Yekun zəfəri, həlledici qələbəni təmin etdi. Bu qələbəni diplomatik müstəvidə də davam və inkişaf etdirdi. Bütün bunlar dünyanın, yerli və beynəlxalq ictimaiyyətin gözləri önündə baş verdi. Buna görə də Azərbaycan xalqı haqlı olaraq İlham Əliyevi öz tarixi qələbələrinin baş memarı hesab edir. Mən Xankəndi və digər tarixi ərazilərdimizdə Dövlət Bayrağımızın ucaldılması münasibəti ilə xalqımızı, ordumuzu və bizə bu sevinci bəxş edən Prezidentimizi təbrik edirəm. Hər bir Azərbaycan vətəndaşı kimi əminəm ki, Azərbaycan bayrağı o torpaqlarda sonsuza kimi dalğalanacaq, əbədi olaraq xalqımıza sevinc və qürur bəxş edəcək. Xankəndində şanlı Azərbaycan bayrağının dalğalanması isə tarixin bütün dönəmlərində verilən şəhid qanının alınması qədər qürurverici və sevinclidir. Bu başucalığını millətimizə həm də igid oğullarımız, qüdrətli ordumuz gətirdi. Dövlətimizin başçısı Xankəndi şəhərinin tarixi adını özünə qaytardı, orada da Azərbaycanın suverenliyini bərpa etdi. Nəhayət ötən il Xankəndidə Azərbaycanın rəsmi atributları yerləşdirildi, Dövlət Bayrağı qaldırıldı. Nəticədə müstəqil Azərbaycan öz tarixində ilk dəfə olaraq bütövləşdi, öz ərazisində suverenliyini tam təmin etdi. Bu baxımdan deyə bilərik ki, Prezident İlham Əliyevin Xankəndi şəhərinə səfər etməsi, burada Dövlət Bayrağını dalğalandırması ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı. Bu səhifənin ilk qeydlərini Prezident özü yazdı. Yeni tariximiz qalibiyyət, inkişaf, bacarıqlar üzərində quruldu. Cənab Prezident çıxışında böyük iftixarla demişdir: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır. Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
Prezident İlham Əliyevin Xankəndi şəhərində etdiyi çıxış, Azərbaycan xalqına ünvanladığı müraciət də orada Dövlət Bayrağımızın qaldırılması qədər əlamətdardır. Dövlətimizin başçısı bu çıxışında Qarabağda separatçı hərəkatın genişləndirilməsi, Ermənistanın işğalçılıq siyasətinə zəmin hazırlanması üçün istifadə olunmuş mexanizmlərə işıq saldı. Bu prosesə stimul vermiş daxili və xarici düşmənlərin kimliyini tanıtdı. Qeyd etdi ki, 1990-cı illərdə Ermənistanın arxasında dayanıb onu Azərbaycan torpaqlarını işğal etməyə cəsarətləndirən dövlətlər bu gün də ölkəmizlə düşmənçilik, rəsmi İrəvanla dostluq edirlər. Azərbaycan Prezidentinin Xankəndidə söylədiyi nitq bütövlükdə bu cür tezislərlə zəngindir. Eyni zamanda, bu nitq Azərbaycan xalqına dostu ilə düşmənini fərqləndirə bilmək üçün istiqamət verir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.