Mərkəzin mətbuat xidmətinin rəhbəri Fatimə xanım Kanal7 internet televiziyasına açıqlamasında bildirir ki, bəzi jurnalistlər kütləvi şəkildə bizi təhdid edir, səbəb olmadan bəziləri yüksək məbləğdə pullar tələb edirlər. Çox istərdim ki, həmən jurnalistlər özlərinə və peşələrinə hörmət etsinlər.
Mən səbr edib adlar çəkmirəm. Amma hər şeyin bir həddi var. Burdan onlara müraciət edirəm ki, bizim mərkəzlə bağlı dəqiq araşdırma aparsınlar.
Kanal7 internet televiziyası olaraq bildirmək istəyirik ki, məsələ diqqətimizdədir və yenidən hər hansı bir açıqlama olacaqsa izləyicilərimizin ixtiyarına veriləcək.