• 17:51 – Bir insanın acı taleyi… Ümüd əfv fərmanına qaldı 
  • 01:33 – Gəncənin Mənzil Kommunal Təsərrüfatının inkişafında fəal liderlik: Elşad Əsgərovun irəliləyişlərə olan töhfəsi 
  • 01:10 – Namizəd İsmayılov – Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Rəisi: İstiqamət, İnkişaf və Sosial Məsuliyyət 
  • 01:09 – Famil Bağıyev: Azərbaycanın Tikinti Sektorunda Yenilikçi Yanaşmaların İzləyicisi və İnkişafın Tərəfdarı 

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

  • 01.10.2024, 16:00,
  • Hadisə
  • Baxılıb: 5

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Oktyabrın 2-də Bakıda və bölgələrdə qısamüddətli yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER