Azərbaycanın turizm sektorunda ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayan Mingəçevir Turizm Kolleci, direktoru Elşad Abdullayevin rəhbərliyi ilə böyük uğurlara imza atmaqdadır. Onun təhsil sahəsindəki peşəkarlığı və idarəçilik bacarığı kollecin inkişafına müsbət təsir göstərmiş, burada tələbələrə müasir standartlara uyğun bilik və bacarıqların öyrədilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Elşad Abdullayevin rəhbərliyi ilə Mingəçevir Turizm Kolleci təkcə turizm sahəsi üzrə mütəxəssis hazırlayan bir təhsil müəssisəsi kimi deyil, eyni zamanda müasir tədris metodlarını tətbiq edən qabaqcıl təhsil ocağı kimi tanınır. Onun təşəbbüsü ilə tədris prosesinə yeni texnologiyalar inteqrasiya edilmiş, tələbələrin praktiki biliklər əldə etməsi üçün geniş imkanlar yaradılmışdır.
Müasir turizm sənayesinin tələblərinə cavab verən proqramlar əsasında aparılan dərslər sayəsində məzunlar əmək bazarında özlərinə layiqli yer tapır, Azərbaycanın turizm sektorunun inkişafına töhfə verirlər. Elşad müəllim tələbələrin yalnız nəzəri biliklər əldə etməsi ilə kifayətlənmir, onların peşə vərdişlərini təkmilləşdirmək üçün müxtəlif təcrübə proqramlarına cəlb olunmasına xüsusi diqqət ayırır.
Elşad Abdullayevin rəhbərlik etdiyi kollecdə şəhid və qazi ailələrinin övladlarına xüsusi qayğı göstərilir. Onların təhsil almaları üçün lazımi dəstək təmin edilir, təhsil haqqı güzəştləri tətbiq olunur və müxtəlif sosial layihələr həyata keçirilir.
Bundan əlavə, kollecdə mütəmadi olaraq Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igidlərimizin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Tələbələr arasında vətənpərvərlik ruhunun gücləndirilməsi üçün şəhid ailələri ilə görüşlər təşkil olunur, onların keçdiyi şərəfli yol gənc nəsillərə nümunə kimi təqdim edilir.
Xeyirxah fəaliyyəti ilə seçilən Elşad Abdullayev Ramazan ayında aztəminatlı ailələrə də dəstək olur. Onun təşəbbüsü ilə ehtiyacı olan insanlara ərzaq yardımları edilir, müxtəlif sosial layihələr həyata keçirilir. Hər il Ramazan ayı ərzində Mingəçevir Turizm Kolleci tərəfindən aztəminatlı ailələr üçün xeyriyyə aksiyaları təşkil edilir.
Bu humanist addımları ilə Elşad müəllim yalnız təhsil sahəsində deyil, eyni zamanda cəmiyyətin rifahına yönəlik fəaliyyətlərdə də yaxından iştirak edir. O, daim ehtiyacı olan insanlara kömək etməyi, cəmiyyətə fayda verməyi özünün mənəvi borcu hesab edir.
Azərbaycan Prezidenti İlham Əliyevin təhsil və turizm sektorunun inkişafına verdiyi önəm Elşad Abdullayevin rəhbərlik etdiyi kollecin fəaliyyətində də öz əksini tapır. O, ölkə başçısının təhsil sahəsində həyata keçirdiyi islahatları dəstəkləyir və bu istiqamətdə müasir yanaşmalar tətbiq edərək kollecin uğurlarını artırmaq üçün əlindən gələni edir.
Turizm sahəsində ixtisaslı kadrların hazırlanması ölkəmizin beynəlxalq arenada turizm potensialının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Elşad Abdullayev bu missiyanı layiqincə yerinə yetirir və Mingəçevir Turizm Kollecinin uğurlarını daha da artırmaq üçün daim yeniliklərə açıq bir rəhbər kimi çalışır.
Elşad Abdullayev öz prinsipial və peşəkar yanaşması ilə Mingəçevir Turizm Kollecinin inkişafına böyük töhfələr verir. Onun rəhbərliyi altında kollecdə tədrisin keyfiyyəti artır, gənclərə yüksək səviyyəli bilik və bacarıqlar qazandırılır.
Təkcə təhsil sahəsində deyil, həm də şəhid və qazi ailələrinə göstərdiyi dəstək, aztəminatlı ailələr üçün həyata keçirdiyi sosial layihələrlə də nümunəvi bir rəhbər kimi tanınan Elşad müəllim, cəmiyyətə və dövlətə sadiqliyi ilə seçilən dəyərli ziyalılardan biridir. Onun uğurlu idarəçiliyi sayəsində Mingəçevir Turizm Kolleci Azərbaycanın təhsil və turizm sektorunun inkişafına mühüm töhfə verməkdə davam edir.