• 17:51 – Bir insanın acı taleyi… Ümüd əfv fərmanına qaldı 
  • 01:33 – Gəncənin Mənzil Kommunal Təsərrüfatının inkişafında fəal liderlik: Elşad Əsgərovun irəliləyişlərə olan töhfəsi 
  • 01:10 – Namizəd İsmayılov – Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Rəisi: İstiqamət, İnkişaf və Sosial Məsuliyyət 
  • 01:09 – Famil Bağıyev: Azərbaycanın Tikinti Sektorunda Yenilikçi Yanaşmaların İzləyicisi və İnkişafın Tərəfdarı 

Azərbaycanla Vyetnam arasında münasibətlərin bütün əsas sahələrdə uğurla inkişaf edir

  • 12.05.2025, 11:01,
  • ---
  • Baxılıb: 3

Azərbaycanla Vyetnam arasında münasibətlərin bütün əsas sahələrdə uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 6 may tarixində  Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi də iki ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi diqqət çəkir.
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsi zamanı söyləyib ki,  Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Azərbaycan və Vyetnamın neft sahəsində əməkdaşlığının möhkəm tarixi təmələ əsaslandığını vurğulayan dövlət rəhbərimiz azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin yaradılmasındankı rolundan bəhs etdi. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru da məhz, azərbaycanlı Cəlal Məmmədov olub.
Prezident İlham Əliyev müsahibəsində onu da bildirdi ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon  dollar olub. Sözsüz ki,  bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur. Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.
Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqama da xüsusi diqqət yönəltdi ki, sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. 
Bununla yanaşı dövlətimizin başçısı vurğuladı ki, 2014-cü ildə Vyetnam Sosialist Respublikasına dövlət səfəri  və ardınca 2015-ci ildə cənab Çıonq Tan Şanqın ölkəmizə gəlişi münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Həmin vaxt Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində  Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Bu da müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və inkişafı baxımdan effektli alındı. 
Azərbaycanla Vyetnam arasında münasibətlərin bütün əsas sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda fəal surətdə layihələr həyata keçirdiyini, fondun vitse-prezidenti Leyla Əliyevanın dost ölkəyə səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, o cümlədən, Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırladaraq  bunun ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığını diqqətə çatırdı.
Dövlətimizin başçısı qeyd edib ki: “Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi”.
Prezident vurğulayıb ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin 
tarix müəllimi Həsən Xələfov

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER