• 11:40 – Qanunsuzluq - dövlət qurumlarının nəzərinə 
  • 10:25 – Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək 
  • 10:19 – Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb 
  • 10:00 – Quterreş Azərbaycana səfərə gəlib 

“Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihəsi uğurla başa çatdı -Fotolar

  • 14.10.2024, 15:07,
  • ---
  • Baxılıb: 1

“Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihəsi uğurla başa çatdı -Fotolar

1 oktyabr, 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” ili ilə bağlı olaraq, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihəsini , Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Aqrar Xidmətlər Agentliyi, “AGRO DAİRY” MMC və “AZGREEN” MMC-nin tərəfdaşlığı çərçivəsində Hacıqabul rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində rəsmi açılışını elan edildi.
Əvvəlcə Azərbaycan Dövlət Himninin sədaları altında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Layihə rəhbəri Nigar Xıdırova qonaqları salamlayaraq tədbiri açıq elan etdi və layihə proqramı haqqında məlumat verdi. Bildirdi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin nəticələrinə əsasən, “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin “Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihəsi qaliblər sırasında yer almışdır.Layihənin məqsədi gənclərə sudan səmərəli istifadə metodlarını aşılamaq, onların su haqqında elmi biliklərinin artırılmasına töhfə vermək, könüllülərin fəaliyyətinə dəstək göstərmək, eyni zamanda cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdən ibarətdir. Bu məqsədlə bir sıra orta təhsil müəssisələrinin şagirdləri və müəllimləri layihəyə cəlb edilmişdir. Layihə çərçivəsində şagirdlər üçün su ehtiyatlarının innovativ idarə olunması, müasir suvarma sistemləri və tullantı sularının emalı mövzularında təlimlər, minimalizm və tullantıdan sənət əsəri ilə bağlı vorkshoplar təşkil olunacaqdır.
Hacıqabul rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ariz Abuzərov innovativ texnologiyaların kənd təsərrüfatında əhəmiyyətini yüksək qiymətləndirərək, fəaliyyət istiqamətlərindən bəhs edib, layihə iştirakçılarına uğurlar arzuladı. Sonra, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutun mütəxəssisləri Hamlet Fətdayev və Elman Rufullayev görülən işlər barəsində məlumatlar verib, iqlim dəyişkənliyi nəticəsində regionda ildən-ilə quraqlığın artdığını bildirdilər. Yerli əhalinin birgə fəaliyyəti nəticəsində ekoloji həll yollarının müsbət nəticə verə biləcəyini vurğuladılar. Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Zahid Nağıyev “Alternativ su mənbələri” mövzusunda geniş təqdimatla çıxış etdi. “Su problemlərinin icma əsaslı həlli və səmərəli su istifadəsinin təşviqi” adlı təqdimatla layihənin eksperti Rəşail İsmayılov məlumat verərək, iştirakçılarla geniş müzakirələr apardı.
Hacıqabul Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi Səyavuş Məmmədovun müşayiəti ilə layihə iştirakçılarının iştirakı ilə fermerlərlə suvarma sistemləri ilə bağlı məsələlər müzakirə edilərək, təkliflər irəli sürüldü. Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən Pirsaat su anbarına və XIII əsrə aid Pir Hüseyn xanəgahına infotur təşkil edildi. Tədbirin sonunda təşkilatın layihə idarəedilməsi üzrə meneceri Pərvanə Xıdırova qonaqlara təşəkkür çıxışı ilə məruzə etdikdən sonra, layihə iştirakçıları ilə birgə Hacıqabul Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətyanı sahələrində yaşıllıqların artırılmasına dəstək olaraq ağac tingləri əkdilər.

11 oktyabr, 2024-cü il tarixində Hacıqabul rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində tərəfdaşların iştirakı ilə layihənin bağlanış mərasimi təşkil edildi. Mərasimdə Layihə rəhbəri Nigar Xıdırova layihənin hesabatı ilə bağlı olaraq bildirdi ki, layihədə 200 nəfərə yaxın iştirakçılar şagirdlər, müəllimlər və mütəxəssislər iştirak etmişdir. Layihə çərçivəsində 4 tədbir günü Hacıqabul rayonu İlqar Ələkbərov adına 1 nömrəli şəhər tam orta məktəbin, 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin və 10 saylı tam orta məktəbin şagirdləri və müəllimlər üçün təlimlər, workshoplar və infoturlar təşkil edilmişdir. Pirsaat su anbarına, Pir Hüseyn Xanagahına, “AGRO DAİRY”-nin padarçöl təsərrüfat sahəsinin müasir suvarma sistemlərinə, Kür Sutəmizləyici Qurğular Kompleksinə infoturlar təşkil edilmişdir. Bununla bağlı hesabat videoçarxda tədbir iştirakçılarına nümayiş etdirildi.

“Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin layihələrinin idarəedilməsi üzrə meneceri Pərvanə Xıdırova “Pirsaatçayın hidroloji xüsusiyyətləri” adlı məlumat kitabçasının redaktoru olaraq kitabçanın geniş təqdimatını etdi. Kür Su Təchizatı İdarəsinin nümayəndəsi və “AGRO DAİRY” əməkdaşları İbrahim Novruzlu, Kənan Əşrəfov layihə haqqında fikirlərini bildirərək qeyd etdilər ki, bu cür layihələrin keçiriləməsi şagirdlər üçün yaradılan geniş imkanlar kimi onların gələcəyində böyük rol oynayacaq. Ekologiya Nazirliyi nəzdində Milli Hidrometeorologiya Xidmətlərinin nümayəndəsi Yeganə Babayeva çıxış edərək, belə layihələri təşkilat olaraq dəstəkləndiyini və hava proqnozları ilə bağlı aparılan işləri öyrənmək üçün tədbir iştirakçılarını yaradılan mərkəzə dəvət etdi. Sonunda maraqlı yaradıcı “Hava Proqnozu Sertifikatı” ilə layihə rəhbərini və təşkilat komandasını mükafatlandırdı. Bu Sertifikat vasitəsilə hər bir vətəndaş doğulduğu günün iqlimi ilə bağlı məlumatlanıb və illərlə dəyişən iqlim dəyişkənliklərinin fərqini aydınlaşdıra bilər.

Azərbaycan Su Təsərrüfatları İşçiləri Respublika Komistəsinin nümayəndələri tərəfindən hazırlanan “Su Həyatdır” adlı maarrifləndirici videoçarx nümayiş etdirildi. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar, təşəkkürnamələr təqdim edilərək, xatirə şəkili çəkdirildi.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER