• 00:42 – Rəhim müəllim: “Müzəffər Ali Baş Komandan və Suverenliyə gedən yol” 
  • 01:51 – Məhərrəm Şəfiyev: İqtisadiyyatın İnkişafına Töhfə Verən Bir Lider 
  • 01:49 – Elşad Abdullayev: Azərbaycan qlobal məsələlərin həllində fəal iştirak edir 
  • 01:47 – Cavid Məmmədov: Yeni çağırışlar, regional reallıqlar 

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, QDİƏTPM nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev Türkiyəyə səfər edəcək

  • 25.02.2025, 14:59,
  • ---
  • Baxılıb: 1

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, QDİƏTPM nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev Türkiyəyə səfər edəcək

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏTPM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev bu qurumun Daimi komitəsinin xüsusi iclasında iştirak etmək üçün fevralın 26-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbir çərçivəsində “Tərəfdaşlıq münasibətlərinin gücü: mövcud əməkdaşlığın nəticələrinin qiymətləndirilməsi və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda müzakirələr aparılacaq, millət vəkili Eldar Quliyev mövzu ilə bağlı çıxış edəcək.

Səfər fevralın 28-də başa çatacaq.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER