• 17:51 – Bir insanın acı taleyi… Ümüd əfv fərmanına qaldı 
  • 01:33 – Gəncənin Mənzil Kommunal Təsərrüfatının inkişafında fəal liderlik: Elşad Əsgərovun irəliləyişlərə olan töhfəsi 
  • 01:10 – Namizəd İsmayılov – Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Rəisi: İstiqamət, İnkişaf və Sosial Məsuliyyət 
  • 01:09 – Famil Bağıyev: Azərbaycanın Tikinti Sektorunda Yenilikçi Yanaşmaların İzləyicisi və İnkişafın Tərəfdarı 

Terror qurbanı Zahide Ekicinin ürək ağrıdan həyat hekayəsi - FOTO

  • 24.10.2024, 11:09,
  • Dünya
  • Baxılıb: 0

Terror qurbanı Zahide Ekicinin ürək ağrıdan həyat hekayəsi - FOTO

Ankarada baş verən xain terror aktı  zamanı şəhid olan baş mühəndis Zahide Güçlü Ekicinin həyat hekayəsi və şəhid olmasına aparan yol ürəkağrıdıcı olub. 

 Ankardakı terror aktının  5 qurbanından biri də TUSAŞ-da çalışan mühəndis Zahide Güçlü Ekici olub.

1988-ci il təvəllüdlü Ekici son illər böyük çətinliklərlə üzləşib. 2020-ci ilin sonunda anasını itirən  Ekici  2021-ci ildə yeganə övladının xərçəng  xəstəliyinə yoluxmasının acısını yaşamalı olub. 
TUSAŞ-da baş mühəndis kimi çalışan terrorun qurbanı oldğu gün Zahide Güçlü Ekici evliliklərinin ildönümü imiş. Zahide xanım evliliklərin ildönümü ilə bağlı həyat yoldaşı Yalçın Ekicinin göndərdiyi gül dəstəsini  almaq üçün nəzarət-buraxılış məntəqəsinə gedən zaman xain terror hücumun hədəfinə çevrilib. Zahide aldığı güllə yarası ilə xəstəxanaya  qaldırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq  xəstəxanada həyatını itirib.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER