Ağdaş Peşə Məktəbində "Karyerada inkişaf naviqatoru" layihəsinin açılış mərasimi uğurla baş tutdu. Tədbirdə layihə rəhbəri Zinhar Bəbişov, məktəbin direktoru Elmira Qafarova , GİKM-in Mərkəzi Aran regional nümayəndəliyinin Ağdaş bölməsinin mütəxəssisi Səidə Əsədli və GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatori Coşqun İsmayılov iştirak etdilər.
Tədbir zamanı gənclərə layihənin əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, layihələrin yazılması prosesi və bu istiqamətdə görüləcək fəaliyyətlər də müzakirə edilib.
Tədbir, gənclərin peşəkar inkişafı və yerli əmək bazarında mövqelərinin möhkəmləndirilməsi üçün atılmış mühüm addım kimi qiymətləndirildi. İştirakçılar arasında böyük maraq oyadan açılış mərasimi, gələcək fəaliyyətlərin uğurla həyata keçiriləcəyinə işarə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə baş tutacaq layihə çərçivəsində gənclərə karyera quruculuğu, iş axtarışı strategiyaları, CV hazırlama və müsahibəyə hazırlıq, şəxsi brendinq, işgüzar danışıqlar və praktiki iş təcrübəsi kimi sahələr üzrə təlimlər təqdim olunacaq.