• 16:00 – Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi... 
  • 10:31 – Ruslar bu istiqamətdə İRƏLİLƏDİ 
  • 10:25 – Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək 
  • 10:19 – Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb 

Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı

Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirib. 

Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

"Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir", -  ölkə başçısı bildirib.

Prezident onu da bildirib ki, ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir. "Bu xüsusda, məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik".

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER