• 09:48 – Emin Musayev: Dövlətçilik Ruhuna Sadiq və Humanist Bir Şəxsiyyət 
  • 09:44 – Şamxal Abdullayev: Ali Baş Komandanlığın Göstərdiyi Liderlik, Xalqına Sevgisi və Vətən Müharibəsindən Sonrakı Mərhələdəki Şəhidlərə və Qazilərə Dəstək 
  • 09:43 – Ziyəddin Quliyev: Enerji Sektorunda Liderlik və Uğurun Təcəssümü 
  • 10:52 – Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb? 

Qazax sakini minaya düşüb, ayağı amputasiya olunub - YENİLƏNİB

  • 14.10.2024, 13:11,
  • Hadisə
  • Baxılıb: 0


Qazax rayonunda mina hadisəsi baş verib.

 Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 2024-cü il 14 oktyabr tarixində mina hadisəsi baş verib.

Kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub. Vəziyyəti stabildir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER