• 17:51 – Bir insanın acı taleyi… Ümüd əfv fərmanına qaldı 
  • 01:33 – Gəncənin Mənzil Kommunal Təsərrüfatının inkişafında fəal liderlik: Elşad Əsgərovun irəliləyişlərə olan töhfəsi 
  • 01:10 – Namizəd İsmayılov – Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Rəisi: İstiqamət, İnkişaf və Sosial Məsuliyyət 
  • 01:09 – Famil Bağıyev: Azərbaycanın Tikinti Sektorunda Yenilikçi Yanaşmaların İzləyicisi və İnkişafın Tərəfdarı 

Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlandı - FOTO

Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlandı - FOTO

Cəlilabad rayonunda dəmir dövrünə aid məişət əşyaları aşkar olunub.

Bu barədə "Report"un Muğan bürosuna yerli tarixçi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, arxeologiya üzrə doktorant Ələsgər Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, tapıntılar rayonun Uzuntəpə kəndi ərazisində təsərrüfat işləri zamanı üzə çıxıb.

Tarixçi qeyd edib ki, maddi-mədəniyyət nümunələri sözügedən universitetin tələbələrdən biri tərəfindən təhsil müəssisəsinin muzeyinə təhvil verilib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin "Report"un yerli bürosuna verdiyi məlumata görə, tapıntılar eramızdan əvvəl VIII-VII əsrlərə, dəmir dövrünə aid Muğan arxeoloji mədəniyyətinə məxsus maddi mədəniyyət nümunələridir: "Bu maddi mədəniyyət tapıntılarının ilk nümunələri XX əsrin 30-cu illərində Bakı-Ələt-Astara dəmir yolu xətti çəkilərkən Cəlilabadın indiki Uzuntəpə kəndi ərazisində, Azərbaycanın tanınmış arxeoloqu İsa Cəfərzadə tərəfindən aşkar edilib. İlk dəfə elmə Muğan mədəniyyəti adı ilə daxil olunub. Hazırda tapıntılar aşkarlanan yerdə kompleks arxeoloji tədqiqat işlərinin aparılmasına ehtiyac var".

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER