Xəbər başlıqları

  • 11:20 – Enerji təhlükəsizliyimizin etibarlı dayağı – Ziyəddin Quliyev 11:20 –
  • 11:15 – İctimai xidmətin nümunəvi siması – Namizəd İsmayılovun Qaradağ rayonuna verdiyi töhfələr 
  • 11:13 – Yasamalın inkişafında əvəzsiz xidmətlər – Bələdiyyə sədri Tahir Məmmədovun uğurlu fəaliyyət xətti 
  • 11:11 – Şahmatda zirvəyə aparan yol: Mahir Məmmədov – strateji liderlik və intellektual iradə nümunəsi 

Milli Məclisin sədri İsveçrədə səfərədədir

  • 14.10.2024, 11:17,
  • Siyasət
  • Baxılıb: 0

Spiker Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti  oktyabrın 13-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərdədir.

 Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə,  Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER