• 16:00 – Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi... 
  • 10:31 – Ruslar bu istiqamətdə İRƏLİLƏDİ 
  • 10:25 – Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək 
  • 10:19 – Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb 

Ruslan Poladov: Xalqın əyilməz ruhunun təcəssümü

Elsevər Heydərov: Müqəddəs amallar uğrunda...

Balakən Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladov - Prezident İlham Əliyevin dünən - sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında etdiyi çıxış böyük tarixi, mənəvi və siyasi əhəmiyyətə malikdir.

Qeyd edək ki, keçmiş SSRİ dönəmində Ulu Öndər Heydər Əliyev öz yaradıcılığında azərbaycan xalqının ruhunu yaşadan bu böyük el sənətkarının  yaradıcılığına hər zaman xüsusi diqqətlə yanaşıb. Aşıq Ələsgərin 150 illik yubileyi məhz ümummili liderimizin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ miqyasında böyük təntənə ilə qeyd olunub. Aşıq Ələsgər günləri həm Göyçədə, həm də Azərbaycanda yüksək səviyyədə keçirilib. Tədbirlər çərçivəsində Ağkilsə kəndində onun qəbirüstü abidəsi ucaldılıb. Aşıq Ələsgərin 175 illik yubileyi də respublikamızın müstəqilliyinin bərpa edildyi növbəti mərhələdə  - 1996-cı ildə Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə dövlət səviyyəsində keçirilib.

Bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər əsasən iki hədəfə yönəlir. Bu, bir tərəfdən xalqımızın zəngin mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, digər tərəfdən isə nəsillərin qan və gen yaddaşının yenilənməsidir. Dövlətimizin başçısı cənab İlham Əliyev də ulu öndər Heydər Əliyevdən qalmış bu siyasi ənənəni müasir çağırışlara uyğun daha əzmlə davam etdirməkdədir.

2021-ci ildə Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi və onun abidəsinin ucaldılması ilə bağlı iki Sərəncam imzalayıb.

Məlum olduğu kimi, bundan öncə Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti də UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2011-ci ildə onun dəstəyi ilə Heydər Əliyev Sarayında Aşıq Ələsgərin 190 illik yubiley gecəsi keçirilib.

Dövlətimizin başçısı İlham Əliyev öz çıxışında ermənilərin  zaman-zaman  azərbaycanlılara qarşı soyqırımı və deportasiyaı siyasəti kontekstində Aşıq Ələsgərin dogma yurduna bağlılığını sonrakı nəsillərə örnək kimi təqdim etdi: “...Sadəcə olaraq, onu demək istəyirəm ki, onun yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki yenə də deyirəm, 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır”.

Tamamilə məntiqlidir ki, bu istiqamətdə atılan bütün addımlar ilk növbədə Prezident İlham Əliyevin siyasi iradəsi və təşəbbüsü ilə formalaşmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müddəaları ilə həmahəngdir. Belə ki,bu sənədin əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdən ibarətdir. Bu baxımdan bütün fəaliyyəti boyu sözlə ilə əməlin vəhdət nümunələrini nümayiş etdirən ölkə rəhbərinin Qərbi azərbaycanlıların öz dogma yurdlarına dönüşünə əminliyini ifadə etməsi xalqımızın bu hədəfin də tezliklə dəf ediləcəyinə inamını artırır: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”. Bu sözlər xalqımızın vahid ideya ətrafında sarsılmaz birliyə, tarixi ədalətin bərpasına yönəlmiş çağırış kimi səslənir.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER