• 13:24 – Rəhim müəllim: Müstəqil Azərbaycanın Qurucusu və Xalqına Sədaqətli Lider 
  • 10:00 – Təhsildə Peşəkarlıq və Məsuliyyətin Ünvanı – Əsəd Qurbanovun Sumqayıt Təhsilində Parlaq İmzası 
  • 09:58 – Hafiz müəllim: Dəmir İradəli Liderin Xalqına və Dövlətinə Sədaqətli Xidməti 
  • 09:53 – Mədəniyyətin İşıqlı Səhnəsi – Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev və Akademik Rus Dram Teatrında Yenidənqurma Erası 

Azərbaycana hücum olmayacaq - Paşinyan

  • 23.10.2024, 09:16,
  • Dünya
  • Baxılıb: 0

Azərbaycana hücum olmayacaq - Paşinyan

Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq.

Üstəlik, Ermənistan bəyan etdi ki, biz işğal olunmuş əraziləri (Ermənistan şərti sərhəddə bir neçə kv.km ərazisinin guya işğal olunduğunu iddia edir – red.) hərbi yolla geri qaytarmaq vəzifəsini qarşımıza qoymuruq, çünki Azərbaycanla imzaladığımız demarkasiya prosesi haqda sənəd demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaradır”, - Paşinyan bildirib.(Axar.az)

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER