2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9%, qeyri-hərbi cinayətlər isə 23,4% azalmışdır.
Bu sözləri Hərbi prokuror Xanlar Vəliyev bu gün "Respublika" qəzetində dərc edilmiş məqaləsində qeyd edib. O, digər hərbi cinayət növlərində də azalma müşahidə olduğunu bildirib:
“Eyni zamanda, özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4%; fərarilik cinayətləri 93,3%; tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1%; hərbi xidmətdən yayınma cinayətləri 34%; maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3%; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8%; silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50%; xuliqanlıq cinayətləri 75%; rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7% azalmışdır”.